“Anatolian Phoenix-2022” beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub – VİDEO

0

Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” beynəlxalq axtarış-xilasetmə təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib

İctimairey.az-a MN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, təlim çərçivəsində tapşırıqların xəritə üzərində dəqiqləşdirilməsi və hədəf  hesabatı, paraşüt hazırlığı üzrə çalışmalar, helikopterlərlə təlim uçuşları və senariyə uyğun olaraq qəza etmiş aviasiya vasitəsi ekipajlarının axtarış-xilasetmə əməliyyatları yerinə yetirilib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov təlimin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib.
Azərbaycan HHQ-nin hərbi qulluqçuları ilə görüşən nazir müavini şəxsi heyətin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »