Rusiya sülhməramlıları Azərbaycanın tarixi irsini MƏHV EDİR – Xocalı kurqanları DAĞIDILIR – FOTOLAR

0

Rusiya Federasiyasının sülhməramlıları Azərbaycanın tarixi irsini məhv edirlər.

Konkret.az xəbər verir ki, Xocalı kurqanları Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən dağıdılır. Artıq bir neçə kurqan dağıdılıb!

Xocalı düzü elmi ədəbiyyatda eyniadlı kurqanlarla tanınır. Xocalı kurqanları Xocalı-Gədəbəy mədəniyyətinin qədim tarixinin öyrənilməsində mühüm rol oynayır. Bu, bütün Qafqazda e.ə XIV-VIII əsrləri (yəni Son Tunc dövrü – Erkən Dəmir dövrü) əhatə edən bir qrup müxtəlif tipli abidələrin toplandığı yeganə yerdir.

Səbuhi Hüseynovun peyk şəkillərinin təhlili bu detallara aydınlıq gətirdi:

Bu günə qədər gəlib çatmış üç böyük kurqandan biri tamamilə dağıdılıb və onun üzərində hərbi istehkam tikilib.

İkincisi, Xocalı kurqanlarının ən böyüyü olan Xaça-Təpənin ətəyi qazılaraq istehkam kimi istifadə edilir.

Qeyd edək ki, Xocalı kurqanları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Azərbaycanın arxeoloji abidələrinin dünya əhəmiyyətli reyestrinə daxil edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »