Baş Prokurorluqda TAIEX təlimi: Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin qarşnın alınması- FOTO

0

Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda təlim keçirilir.

İctimairey.az-a Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat xidmətindən daxil olan məlumata görə, TAIEX texniki yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciəti əsasında “Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri” movzusunda ekspert missiyası təşkil edilmişdir. Возможно, это изображение 8 человек и люди стоят

İspaniyadan olan ekspertlər Silviya Martinez Kanton və Vanessa Untiyedin iştirakı ilə dəyirmi masa formatında təşkil olunmuş 4 günlük təlimdə Baş Prokurorluq, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi və bir sıra birinci instansiya məhkəmələrinin hakimləri, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak edirlər.Возможно, это изображение 1 человек, сидит и стоит

Təlimin ilk günü tədbiri giriş nitqi ilə açan Baş prokurorun müavini Heydər Məmmədov bildirmişdir ki, dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan beynəlxalq əməkdaşlığın gücləndirilməsi, habelə qabaqcıl ölkələrin müsbət təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin təşəbbüsü ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən 2022-ci il və sonrakı müddət üçün həyata keçirilməsi nəzərdə tutulmuş Avropa İttifaqının TAİEX proqramı çərçivəsində əməkdaşlığa başlanılmışdır. Fərdi yanaşma və praktiki səmərəlilik prinsipləri əsasında həyata keçirilən TAIEX aləti İttifaqa üzv ölkələrin müsbət təcrübəsinin öyrənilməsində mühüm vasitə kimi çıxış edir.Возможно, это изображение 3 человека, люди стоят и люди сидят

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »