Keçmiş məhkum daşla öldürüldü

0

Şamaxı rayonunda keçmiş məhkum küçədə qətlə yetirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 1 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »