Bayden Nyu-York ştatında atışmadan sonra daxili terrorla mübarizənin vacibliyini vurğulayıb

0

ABŞ prezidenti Co Bayden şənbə günü Nyu-Yorkun Buffalo şəhərində 10 nəfərin ölümü ilə nəticələnən atışma fonunda ölkədə daxili terrorizm və irqçiliklə mübarizənin vacibliyini vurğulayıb. Müvafiq bəyanatı Ağ Evin mətbuat xidməti yayıb.

Amerika liderinin qeyd etdiyi kimi, atəş açan şəxsin “məqsədləri haqqında əlavə məlumat” hələ toplanmayıb.

“Hər hansı daxili terror aktı, o cümlədən iyrənc ağ millətçi ideologiyası adı altında törədilənlər Amerikada müdafiə etdiyimiz hər şeyə yaddır” Bayden deyib. “Biz nifrətdən qaynaqlanan daxili terrora son qoymaq üçün, əlimizdən gələni etməliyik”, o əlavə edib.

Qeyd edək ki, supermarketdə terror zamanı 10 nəfər həlak olub, üç nəfər yaralanıb. Polisə təslim olan şübhəlinin 18 yaşı var. İlkin məlumatlara görə, ağdərili gənc əsasən qaradərililəri güllələyib. Hakimiyyət hesab edir ki, bu, irqi dözümsüzlük zəminində törədilən cinayətdir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »