Bu gün İstanbulda “Qarabağ irsi” sərgisi keçiriləcək -FOTO

0

Mayın 12-də Atatürk Mədəniyyət Mərkəzində rəsm sərgi açılacaq

Mayın 12-də İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzinin qalereyasında azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin “Qarabağ irsi” adlı fərdi sərgisi açılacaq.

Sərgidə Abbasbəylinin “Gövxar-ağa məscidi”, “Bül-Bül evinin xarabalıqları”, “Pənah Əli xan sarayının xarabalıqları” və “Vərəzgün məbədi” kimi əsərləri nümayiş olunacaq.Qarabağ abidələri” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Sərginin təşkilatçıları Parisdəki Turquie Artistes Contemporains Assosiasiyasıdır. Əvvəllər sənətsevərlər tərəfindən qarşılanan əsərlər  Nyu-Yorkda Carousel De Luvr, Art3f Monaco Beynəlxalq Müasir İncəsənət Sərgisində və Art Expo-da təmsil olunub.

Qeyd edək ki, dünyanın ən prestijli məkanlarında yerləşən “Bee Goddess” brendinin Azərbaycan distribyutoru olan “Miras” brendi ilə zərgərlik sənayesində yeni və fərqli bir təşəbbüsə imza atan Nigar Helmi “ Beynəlxalq Qızıl Palma Mükafatlarının təqdimetmə mərasimində İlin Sahibkar İş Qadını” mükafatına layiq görülüb. Azərbaycanın dərin sivilizasiyasını və tarixini özündə əks etdirən “Heritage-i Qarabağ” kolleksiyası ilə Azərbaycan brendini dünya zərgərlik bazarına çıxarmaq üçün yola çıxan Nigar Helmi bu kolleksiyada Qarabağın azadlığını özünəməxsus dizayn və simvollarla təsvir edir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »