Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb

0

Gürcüstanda “Vaxtanqisi” sərhəd-keçid məntəqəsi ərazisində iki nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

İctimairey.az  xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, 1998 və 1989-cu il təvəllüdlü şəxslər Gürcüstanın dövlət sərhədini qrup halında qanunsuz keçməkdə, həmçinin külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanılması və idxalında ittiham olunurlar.

İstintaqla müəyyən edilib ki, ittiham olunan şəxslər Azərbaycan tərəfindən Gürcüstan sərhədini nəzarət-buraxılış məntqəsindən yan ötməklə qanunsuz keçiblər və ölkəyə 10 kilorqramdan artıq heroin idxal ediblər.

Həmin şəxsləri 15 ildən 20 ilədək və yaxud ömürlük həbs cəzası gözləyir. “Report”

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »