Finlandiya şirkəti Rosatom ilə atom elektrik stansiyasının tikintisi ilə bağlı müqaviləyə xitam verib

0

Finlandiyada Hanhikivi AES-in tikintisi üzrə sifarişçi olan Fennovoima şirkəti Rusiyanın Rosatom şirkəti ilə müqaviləyə xitam verib. Bu barədə şirkətin saytında məlumat verilib.

Təşkilatın mətbuat xidməti qeyd edib ki, Ukraynadakı hərbi əməliyyat “layihə üçün riskləri gücləndirib” və bir çox təchizat zəncirləri pozulub.

“RAOS Project ilə EPC müqaviləsinə xitam vermək qərarı asan olmayıb. Belə böyük bir layihədə əhəmiyyətli mürəkkəbliklər var və qərarlar yalnız diqqətlə nəzərdən keçirildikdən sonra qəbul edilir. Biz mənfi təsirin tam fərqindəyik və onu azaltmaq üçün, əlimizdən gələni edirik” Fennovoim İdarə Heyətinin sədri Esa Härmälä bildirib.

Xatırladaq ki, aprelin 28-də Exxon Neftegas Ltd. Saxalin-1 layihəsi üzrə fors-major vəziyyəti və sanksiyalara görə, neft hasilatının azaldılmasını elan edib. Təşkilat vurğulayıb ki, artıq bütün layihə iştirakçılarına müvafiq bildiriş göndərib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »