Qazaxıstanın ictimaiyyət və KİV nümayəndələrindən ibarət heyət Gəncəyə səfər edib -FOTO

0

Qazaxıstanın ictimaiyyət və KİV nümayəndələrindən ibarət qrup Gəncə şəhərinə səfər edib. Qonaqlar Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə törədilən terror nəticəsində dağılan əraziləyə baş çəkiblər.Нет описания.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqlara erməni terroru barədə məlumat verib. O bildirib ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutub, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışıb. Şəhər rəhbəri onu da qeyd edib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb.Нет описания.Нет описания.

Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Qonaqlar həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Qeyd edək ki, ötən gün Şuşada olan Qazaxıstanlı qonaqlar Gəncədən sonra Ağdam şəhərinə səfər edəcəklər.

Gülnar Rüstəmova  İctimairey.az   

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »