Sərnişin avtobus sürücüsünə BIÇAQ ÇƏKDİ

0

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə aprelin 13-də saat 7 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində Bakı şəhər sakini N.Abdullayevin idarə etdiyi “Daewoo” markalı avtomobildə olan sərnişininin onu bıçaqla hədələyib 40 manat pulunu talaması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Əliyev müəyyən edilərək saxlanılıb.

Rəsmi məlumata görə, hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »