Paşinyan: Bu il Dağlıq Qarabağa daha 144 milyard dram ayıracağıq

0

44 günlük müharibə başa çatdıqdan sonra, Ermənistan Qarabağa ümumilikdə 136 milyard dram ayırıb. Bunu aprelin 13-də Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın iclasında hökumətin 2021-ci il üçün proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti heç vaxt Dağlıq Qarabağdan üz döndərməyib və onları mövcud problem və çağırışlarla baş-başa buraxıb. O cümlədən, 2022-ci ilin büdcə layihəsinə uyğun olaraq, Dağlıq Qarabağa daha 144 milyard dramın (302.581398 dollar) ayrılması nəzərdə tutulur. “Ermənistanın Qarabağa böyük maliyyə və sosial yardım göstərməsinə baxmayaraq, bəziləri dillərini çevirib deyirlər ki, respublikanın hakimiyyət orqanları bundan üz çeviriblər”, – deyə baş nazir gileylənib.

Paşinyan onu da qeyd edib ki, heç bir hökumət Dağlıq Qarabağa indiki kimi irimiqyaslı maliyyə-iqtisadi yardım göstərməyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »