“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə növbəti tədbirini 12 aprel 2022-ci il tarixində Balakən rayonunda keçirib.

Rayon Gənclər evində keçirilən “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı tədbirdə rayon gəncləri və məktəblilər iştirak edib.

Tədbiri giriş sözü ilə Balakən rayon İH-in nümayəndəsi Aqil Babayev açaraq iştirakçıları salamladı və bu mövzunun aktual olduğunu vurğulayıb. Təşkilatın nümayəndəsi Tələt Qəribov narkomaniyanın cəmiyyətimizə gətirdiyi çoxsaylı fəsadları haqqında iştirakçılara geniş məlumat verib. Balakən RPŞ -in narkotiklərə qarşı mübarizə idarəsinin rəisi Rahib Hüseynov, Gənclərin İnkişaf və Koryera mərkəzinin Balakən nümayəndəliyinin drektoru Şahin Qarakişiyev narkomaniyanın yaylmasının bizə düşmən qüvvələr tərəfindən gəncliyimizə bir qəsd olduğunu və rayonda bu bəlaya qarşı görülən tədbirlər haqqında geniş məlumat veriblər.

Rayon gənclərindən Elçin Bodirov, Ləman Süleymanova, müəllimə Maral Muradova mövzuya aid sual və təkliflərini səsləndiriblər.