“Azərbaycan Multikulturalizmi” fənni xarici ölkələrdə tədris olunacaq” – Ərəb mediası yazır

0

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində hazırladığı növbəti məqalə Misirin https://rayetmisr.com saytında dərc olunub.

““Azərbaycan Multikulturalizmi” fənni xarici ölkələrdə tədris olunacaq” başlıqlı yazıda qeyd olunub ki, bu gün Azərbaycanda təkcə kilsələr və sinaqoqlar sərbəst, maneəsiz fəaliyyət göstərmir, həmçinin Azərbaycan dövlətinin qanun çərçivəsində lazımi dəstək verdiyi çoxsaylı xristian və yəhudi dini təhsil müəssisələri də fəaliyyət göstərir.

Son 18 ildə Azərbaycanın bir dövlət kimi keçdiyi sürətli inkişaf yolu hər birimizdə qürur və fəxarət hissi doğurur. Bu dövrdə ölkəmizin özünəməxsus sürətli yüksəlişindən yaranan inkişafın Azərbaycan modeli bir sıra dövlətlərin marağına səbəb olub. Doğma vətənimizi dünyaya tanıdan həm də tolerantlığın Azərbaycan nümunəsi olub. Çünki bu dövrdə Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirib, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Azərbaycanda tolerantlığın tam təmin olunması faktı dəfələrlə müxtəlif beynəlxalq təşkilatların hesabatında öz əksini tapıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib ki, bu gün Azərbaycan multikulturalizm modeli bütün dünyada qəbul edilir və tədris olunur. Dünyanın 23 aparıcı universitetində bu bir fənn kimi keçirilir və tələbələr tərəfindən böyük maraqla qarşılanır. Multikulturalizm fənnini dinləyən tələbələr ildə 2 dəfə keçirilən Beynəlxalq Qış və Yay Multikulturalizm Məktəbləri çərçivəsində ölkəmizə səfər edərək Azərbaycan modeli ilə əyani olaraq tanış ola bilirlər.

Yazıda Azərbaycanın təhsil nazirinin müvafiq əmrinə əsasən, ölkəmizin bütün ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənni baka­lavr pilləsi üçün əsas fənn olaraq tədris proqramına daxil edilməsi və bu fənn ölkənin 38 universitetində ma­gistr pilləsində tədris olunduğu qeyd olunub.

Daha sonra ərəb ictimaiyyətinə çatdırılıb ki, Mərkəz tərəfindən “Azərbaycan multikulturalizminin fəlsəfi və ictimai-publisistik qaynaqları”, “Həqiqətin onomastikası: Ermənistan Respublikası ərazisində tarixi toponimlərin dəyişdirilməsi”, “Azərbaycanda yaşayan polyaklar”, “XX-XXI əsr talış poeziya antologiyası” və Qurban Səidin “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan azsaylı xalqların (talış, kürd və udi) dillərində kitabları, “Qafqaz Albaniyasının etnomədəni irsi – 2” beynəlxalq elmi məqalələr toplusu nəşr edilib. Multikulturalizm Mərkəzinin ingilis dilində “International Journal of Multiculturalism” (Beynəlxalq Multikulturalizm Jurnalı) adlı yeni beynəlxalq elmi jurnalının ötən il daha iki sayı işıq üzü görüb. Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini və tarixini əks etdirən (ingilis dilində altyazı ilə) on sənədli film hazırlanaraq televiziya və sosial şəbəkələr vasitəsilə geniş yayılıb.

O da vurğulanıb ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hazırda sözügedən layihə çərçivəsində 24 ölkənin nüfuzlu unversitetində “Azərbaycan multikulturalizmi” tədris edilir. Dünyanın bir çox nüfuzlu ölkəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə müraciət edərək “Azərbaycan multikulturalizmi” fənninin aparıcı ali təhsil müəssisələrində tədris təkliflərini irəli sürür. Cari ilin əvvəllərindən etibarən, bu sıraya daha bir xarici ölkənin nüfuzlu universiteti – Pekin Xarici Dillər Universiteti də əlavə olunub. Onu da qeyd edək ki, “Azərbaycan multikulturalizmi” fənninin xarici unversitetdə Azərbaycan dilində tədrisi ilk dəfə həyata keçirilir. Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdaq” təşəbbüsünün öz real həllini tapması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin apardığı ardıcıl və məqsədyönlü işin nəticəsində yaxın gələcəkdə xaricdə “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi daha geniş coğrafiyanı əhatə edəcək.

Yazının tam mətni aşağıdakı linkdə:
https://rayetmisr.com/%d9%81%d8%a4%d8%a7%d8%af-%d8%ad%d8%b3%d9%8a%d9%86-%d8%b2%d8%a7%d8%af%d9%87-%d9%8a%d9%83%d8%aa%d8%a8-%d8%b3%d9%8a%d8%aa%d9%85-%d8%aa%d8%af%d8%b1%d9%8a%d8%b3-%d8%a7%d9%84%d8%aa%d8%b9%d8%af%d8%af/

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »