Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? – Yeni adlar

0

Xəbər verdiyimiz kimi, Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə üç nəfər həbs olunub. Bunlar iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.

“Qafqazinfo” bu məqamda “Merser food” MMC ilə bağlı araşdırma aparıb.

Şirkət dövlət qeydiyyatına 2018-ci ilin sentyabrında alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 65, mənzil 61 göstərilib.

Nurlan Kərimlinin adına daha bir şirkət də var ki, bu da “Merser” ASC-dir. Dövlət qeydiyyatına 2017-ci ildə alınan şirkətin nizamnamə kapitalı 4 min manatdır. Bu şirkətin hüquqi ünvanı isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Aşıq Pəri (Ərəblinka), ev 16 B-dir. Maraqlıdır ki, bu ünvanda daha bir şirkət qeydiyyatdan keçib. Söhbət “Merser Trade” MMC-dən gedir. 2017-ci ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manat göstərilib. Şirkətin qanuni təmsilçisi isə Yusubov İsrail Arzu oğludur.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »