Novruz bayramına “Yeni gün”, “Bahar bayramı” da demək əbəs yerə deyil

0

Bu bayramda sanki təbiət oyanır, hər tərəf canlanır, yaşıl libasa bürünür.

Bu bayramı xüsusi edən də onun özünəməxsus, sanki qəlibləşmiş atributlarıdır. Bu atributlar – Keçəl, Kosa, Bahar qızı, səməni, paxlavalı, şəkərburalı, qoğallı, şamlı, boyanmış yumurtalı Novruz xonçası, tonqalı bayramın gözəlliyinə gözəllik qatır.

Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Bəzi qədim inanclara görə, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da “Ab, atəş, xak, baddan yarandım” deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.

Birinci su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür.

İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı.

Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkərçörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir.

Novruz bayramı həm də özünəməxsus adətləri ilə fərqlənir. Bunlara torba atmağı, qulaq falına çıxmağı, tonqaldan tullanmağı, üzük falına baxmağı, səməni yetişdirməyi, yumurta döyüşdürməyi, qonaq getməyi, yaşlıları ziyarət etməyi, şam yandırmağı misal çəkmək olar. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır.

Novruz bayramını insanları birləşdirən xoş, ümumi bir dəyər də hesab etmək olar.Bizim isə borcumuz bu dəyəri daim təbliğ edib, gələcək nəsillərə ötürməkdir.

YAP Yasamal rayon təşkilatının fəalı Ağabəyova Günay

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »