Zelenski ruslara iki söz öyrənməyi tövsiyə edib

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Federasiyasının Ukraynanı denazifikasiya və demilitarizasiya etmək üçün, keçirdiyi xüsusi hərbi əməliyyata görə, Rusiyadan təzminat və töhvələr tələb edəcəyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.

“Biz hər evi, hər küçəni, hər şəhəri bərpa edəcəyik və Rusiyaya deyirik – “təzminat” və “töhvə” sözlərini öyrənin, ölkəmizə, hər bir ukraynalıya qarşı etdiyiniz hər şeyi tam şəkildə ödəyəcəksiniz. – ölənləri isə, biz unutmayacağıq”, – deyə Ukrayna lideri bildirib.

O, həmçinin əlavə edib ki, Rusiya Federasiyasının xüsusi əməliyyatı zamanı işini itirən ukraynalılar dövlətdən 6 min qrivna (təxminən 21,6 min rubl) alacaqlar. Bundan əlavə, Zelenski ukraynalılara təqaüdləri tam ödəyəcəyini vəd edib.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın denazifikasiyası və demilitarizasiyası üzrə xüsusi əməliyyatın başlandığını elan edib. Bu gün, martın 3-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların yeni raundu gözlənilir. Məlumdur ki, Rusiya nümayəndə heyəti artıq hadisə yerinə gəlib və ukraynalıların gəlişini gözləyir. Görüşün ilkin başlama vaxtı Moskva vaxtı ilə saat 15:00-dır.

 

Comments are closed.

Tərcümə »