Xocalı ilə bağlı 75 ölkənin spikerinə məktub göndərilib

0

“Bu günlərdə 75 ölkənin parlament sədrinə, 10 ölkənin rəhbərinə məktub göndərmişəm”.

Bunu Milli Məclisin bugünkü iclasında Xocalı soyqırımı haqqında danışan spiker Sahibə Qafarova deyib.

Sədr qeyd edib ki, məktub göndərilən rəsmilərə Xocalı soyqırımına lazımi qiymət verilməsi ilə bağlı öz ölkələrində fəaliyyət göstərmələri bildirilib.

“Bununla bərabər Milli Məclisdə fəaliyyət göstərən xarici ölkələrin parlamentləri ilə işçi qrupunun üzvləri, deputatlar da həmkarlarına 65 məktub ünvanlayıblar. Bu məktubların hər birində Xocalı faciəsinin tanınmasi ilə bağlı çağırışlar qeyd olunub”, – deyə spiker vurğulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »