Azərbaycan 1711 erməni əsgərinin cəsədini Ermənistana təhvil verib

0

“2020-ci ilin noyabrından indiyə qədər azad olunmuş ərazilərdə mina partlayışından 37 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb”.

İctimairey.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Ermənistan xeyli vaxt mina xəritələrini Azərbaycana verməyib. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1 ildən sonra mina xəritələrini verdi. Eyni zamanda Ermənistan Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı məlumatları Azərbaycana verməyib. Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb”,- XİN başçısı deyib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »