Ürəyi zəif olanlar baxmasın (FOTOLAR)-Hikmət Hacıyev Xocavənddə azərbaycanlılarla aid dəhşətli görüntüləri paylaşdı

0

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tviterdəki hesabında azərbaycanlıların Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığı barədə paylaşım edib.

IctimaiRəy.az xəbər verir ki, Hikmət Hacıyev Edillinin azərbaycanlı əsirlər üçün işgəncə düşərgəsi kimi istifadə olunduğunu vurğulayıb.

“Şahidlərin sözlərinə görə, bir zamanlar işğal altında olmuş Edilli kəndində keçmiş azərbaycanlı əsirlərin kütləvi məzarlığı müəyyən edilib. Edilli azərbaycanlı əsirlər üçün konslager/işgəncə düşərgəsi kimi istifadə edilib və mülki şəxslər erməni qüvvələri tərəfindən əsir götürülüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4 000 azərbaycanlı itkin düşüb”, – Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.​​​​​​

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »