Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

0

Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

İctimairey.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat xidməti bildirib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »