Təhsil Nazirliyi: Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək

0

Fevralın 25-26-da təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

İctimairey.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu barədə nazirliyin “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tədbirlər planı”nda qeyd edilib.

Tədbirlər planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »