Məmur bacısından 2 milyon alan falçı həbs edildi

0

“Maya” ləqəbli falçı Şəfəq İsmiyeva Rəna Ağarzayevadan övladının bəxtini açdırmaq üçün pul alıb. İndi falçı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, dələduzluqda təqsirləndirilən Ceyhun Zeynallı və Şəfəq İsmiyevanın cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə araşdırılıb.

Hökmə əsasən Şəfəq İsmiyeva 10 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb. Ceyhun Zeynallı isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Ceyhun Zeynallı özünü günahkar bilmir. Şəfəq İsmiyeva Ceyhun Zeynallıdan hamilə olduğu üçün istintaq dövründə həbs edilməyib. Artıq həmin uşağı dünyaya gətirib. Buna görə də azadlıqdadır.

Şəfəq İsmiyeva aldığı bir milyon pulu Ceyhun Zeynallıya verdiyini iddia edir. Ceyhun isə bunu təkzib edir və Şəfəq İsmiyevanın dünyaya gətirdiyi körpəsinin də atası olmadığını söyləyir.

Əvvəl dəymiş zərərin 1 milyon olduğu deyilirdi.

Amma məhkəmədə məlum olub ki, Rəna Ağarzayeva fala baxmaq adıyla 1 milyon 998 min manat verib.

Xatırladaq ki, prokuror çıxış edərək Şəfəq İsmiyevaya 10 il 6 ay həbs cəzası verilməsini və məhkəmə zalında həbs edilməsini təklif edib. Prokuror Ceyhun Zeynallının isə 13 il azadlıqdan məhrum edilməsini istəyib.

İstintaq müəyyən edib ki, İsmiyeva özünü “Maya” kimi təqdim edib və iki il ərzində hissə-hissə olmaqla Rəna Ağarzayevadan 2 milyona yaxın pul alınıb. Zərərçəkmiş qismində Rəna Ağarzayeanın həyat yoldaşı Sənan Ağarzayev tanınıb.

Məhkəmədə danışan Sənan Ağarzayeva söyləyib ki, təqsirləndirilən şəxslərin həbsini yox, pulunu istəyir.

Məhkəmədə o da məlum olub ki, zərərçəkmiş tərəfə 293 min manatı Ceyhun Zeynallı ödəyib.

Bildirək ki, növbəti proseslərdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək, özləri son sözlərini deyəcək, ardınca hökm elan ediləcək.

Rəna Ağarzayevanın Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısı olduğu deyilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »