Bakıdan deputatlar getdi, ermənilər yolu bağladı – Video

0

Qarabağda döyüşən 100-ə yaxın erməni Ermənistan- Türkiyə münasibətlərinin normallaşması prosesinə etiraz olaraq İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıblar.

Axar.az erməni mətbuatına istinadla xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə çoxlu sayda avtomobil yığılıb, polislə toqquşmalar var.

“Azərbaycanlı deputatlar Ermənistana gəliblər, Türkiyə ilə resylər açılıb. Bəs, bizim Qarabağda ölən uşaqlarımız necə olsun?” – aksiya iştirakçıları bildiriblər.

“Onlar (azərbaycanlılar – red.) artıq bizim evimizə giriblər. Əgər belə davam etsə, biz daha ciddi addımlar atacağıq. Bəlkə onlara çay, kofe də verək? Türklər üçün fərqi yoxdur ki, Ermənistan var, ya yoxdur. Biz türklərlə dostlaşmaq istəmirik. Bunu kim istəyirsə, o alçalmışdır”, – etirazçılar deyib.

Aparılan danışıqlardan sonra avtomobillərin hərəkəti qismən təmin olunub, lakin vəziyyət hələ də gərgin olaraq qalmaqdadır.

Qeyd edək ki, sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. İclaslarda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov da iştirak edəcək.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »