Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib – VİDEO

0

Azərbaycan Respublikası müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib.

İctimairey.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki,  məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqları yerinə yetiriblər.

Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə icra olunub.

 55 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »