Salyanda dəhşətli qəza: 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

0

Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İctimairey.az xəbər verir ki,  qəza zamanı  “Mercedes Sprinter” markalı avtomobilin “KamAZ” markalı yük maşınına çırpılıb.

Yol qəzasında ölən və yaralıların şəxsiyyəti məlum olub.

Qəza zamanı dünyasını dəyişən Masallı rayon sakini, 1963-cü il təvəllüdlü Dadaşov Hüseyn Əlihüseyn oğludur.

Yaralılar isə Masallı sakini, 1966-cı il təvəllüdlü Səqbiyev Eynəli Məhərrəm oğlu, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Nəcəfova Validə Ziyadxan qızı, Cəlilabad sakini, 1964-cü il təvəllüdlü Qasımova Sara Nurulla qızıdır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »