“Son damla qanına qədər”: Conson ukraynalılara ruslarla ölümünə döyüşməyi tövsiyə etdi

Böyük Britaniyanın baş naziri Boris Conson və Ukrayna prezidenti Vladimir Zelenski Moskvanın Ukraynaya hücum etməklə böyük strateji səhvə yol verəcəyini bildiriblər. Kiyevdəki danışıqlar zamanı Conson və Zelenski əməkdaşlıq edəcəkləri və strateji dialoqu davam etdirəcəkləri barədə razılığa gəliblər. Britaniya hökumətinin başçısı həmçinin bildirib ki, ukraynalılar ruslara qarşı son damla qanına qədər vuruşacaqlar.

Rusiyanın Ukraynanı işğal etmək cəhdi böyük strateji səhv olardı.

İctimairey.az  xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Boris Conson birgə bəyanatda bildiriblər.

“Liderlər xəbərdarlıq ediblər ki, Rusiyanın Ukraynaya növbəti işğalı böyük strateji səhv olacaq və ciddi humanitar nəticələrə səbəb olacaq”, – bəyanatda deyilir.

Boris Conson mətbuat konfransında çıxışı zamanı Rusiyanın hücumu olacağı təqdirdə ukraynalıların son damla qanlarına qədər döyüşəcəklərini də bildirib.

“Ukraynalılar son damla qanlarına qədər vuruşacaqlar. 200 min Ukrayna əsgəri çox güclüdür, ona görə də rus anaları oğullarının həyatını xatırlamalıdırlar”, – Britaniyanın baş naziri deyib.

Boris Conson təhlükəsizlik məsələlərini və Ukrayna ilə əməkdaşlığı müzakirə etmək üçün Kiyevə uçub. Zelenski ilə birlikdə onlar strateji tərəfdaşlığı, xüsusən də Ukrayna-Böyük Britaniya Strateji Dialoqu çərçivəsində dərinləşdirmək istədiklərini təsdiqləyiblər. Bundan əlavə, görüşdə iki siyasətçi Rusiyanı cilovlamaq planlarını müzakirə ediblər.

“Moskvanın sanksiya məsələsində avtomatizmin olacağını başa düşməsi həyati əhəmiyyət kəsb edir. Suveren ərazinin ərazisinə növbəti müdaxilə baş verən kimi, bu sanksiyalar tətbiq olunacaq”, – Conson bildirib.

Britaniya Nazirlər Kabinetinin rəhbəri əlavə edib ki, London “işğal olunmuş ərazilərin azad edilməsi məsələsində” Kiyevə kömək etməyə hazırdır.

Comments are closed.

Tərcümə »