Əfqanıstanın paytaxtı Kabilin avqustun 15-də Talibanın əlinə keçməsindən bir gün əvvəl Ağ Evdə keçirilən görüşün sızdırılmış qeydləri prezident Co Bayden administrasiyasının təxliyə də daxil olmaqla, Əfqanıstandan geri çəkilməyə hazır olmadığını ortaya qoyub.
Amerikanın “Axios” xəbər saytı 14 avqust 2021-ci il tarixində ABŞ vaxtı ilə saat 15.00-14.30 arasında Ağ Evdə Nazirlər Kabinetinin müavinləri və təhlükəsizlik qurumlarının yüksək səviyyəli rəhbərləri ilə baş tutan görüşün qeydlərini ehtiva edən Milli Təhlükəsizlik Şurasının sənədini əldə edib.
Sənəddə qeyd edilir ki, evakuasiyada prioritet ABŞ personalına, vətəndaşlarına və ABŞ hökuməti ilə onların təxliyəsi ilə bağlı razılaşmaları olan müttəfiq dövlətlərin şəxsi heyətinə veriləcək.
Daha sonra, əfqan əsilli ABŞ vətəndaşlarının, ABŞ-da işləyən əfqanların və ABŞ ordusu ilə əməkdaşlıq edən əfqanların ən qısa zamanda təxliyə ediləcəyi bildirilən sənəddə təxliyə edilənlərin hansı ölkələrə köçürüləcəyi açıqlanıb.
Sənəddə ABŞ-la əməkdaşlıq etmiş şəxslərə hələ də çatılmaması, həmin şəxslərin hələ də müəyyən edilərək yoxlanılmaması diqqət çəkir.
Sənəddə bildirilir ki, Bayden administrasiyası Kabilin süqutuna saatlar qalmış Əfqanıstanın boşaldılması istiqamətində hələ də bir addım atmayıb.
Əksəriyyət yazıların flomasterlərlə qaraldılmız sənədin açıq hissəsində evakuasiya edilənlərin müvəqqəti köçürülməsi üçün, Xarici İşlər Nazirliyindən Kanada və NATO üzvü olan Avropa ölkələri ilə danışıqlara başlamaq xahiş olunur.
Bundan əlavə, sənəd Pentaqonun gündəlik 5 min insanı təxliyə etməyi planlaşdırmasını tələb edib.
Bayden administrasiyası Əfqanıstanın evakuasiyasını “tarixdə görünməmiş evakuasiya” kimi qələmə versə də, sızdırılan bu sənəd bir tərəfdən xaosun və planlaşdırılmamış evakuasiyanın səbəbini, yüzlərlə ABŞ vətəndaşının və on minlərlə əfqanın əməkdaşlıq etməsinin səbəbini açıqlayır.
Qeyd edək ki, Bayden 14 aprel 2021-ci il tarixində 11 sentyabr hadisələrinin ildönümünə qədər ABŞ qüvvələrinin Əfqanıstandan tamamilə çıxarılmasını əmr etmişdi.
Hərbi evakuasiya böyük ölçüdə başa çatsa da, ABŞ kəşfiyyatının Əfqanıstan ordusunun parçalanacağını və hökumətin dağılacağını qabaqcadan görməməsi böyük xaosa səbəb olub.
Əfqanıstan hökuməti dağıldı, ordu dağıldı və Taliban avqustun 15-də Kabilə daxil oldu.
Bunun üzərinə on minlərlə əfqan Kabil Həmid Kərzai Beynəlxalq Hava Limanına axışaraq, ABŞ hərbi yük təyyarələrinə minməyə cəhd edib.
Digər tərəfdən təxliyədə ABŞ-ın prioritet şərtlərini yerinə yetirən on minlərlə insan hava limanına çata bilməyib.
Çıxarma ilə bağlı müzakirələrdə ABŞ qurumlarının koordinasiyasızlığı və hazırlıqsızlığı diqqətə çatdırılıb və nəticədə xaos yaranıb.
Comments are closed.