Azərbaycanda yumurta istehsalı azalıb

0

Azərbaycanda 2020-ci illə müqayisədə 2021-ci ildə diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 610 min ton, süd istehsalı 1,4 faiz artaraq 2 milyon 223,4 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,1 min ton, barama istehsalı 11,4 faiz artaraq 497,4 ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1 milyard 838,8 milyon ədəd olmuşdur.

İctimairey.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə hesabatında bildirilir.

Qeyd edilib ki, 2020-ci ilə nisbətən kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 faiz, bitkiçilik məhsulları istehsalı 4 faiz artmışdır.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »