Media: ABŞ və Aİ artıq Rusiyanı SWIFT-dən ayırmaq imkanını nəzərdən keçirmir

0

ABŞ və Avropa İttifaqı (Aİ) artıq Rusiyanı SWIFT beynəlxalq banklararası sistemindən ayırmağı düşünmür. Əvəzində Rusiyanın ən böyük banklarına qarşı məqsədyönlü iqtisadi sanksiyalar məsələsi müzakirə olunur.

İctimairey.az xəbər verir ki, bu barədə bazar ertəsi Almaniya hökumətindəki mənbələrə istinadən Handelsblatt qəzeti məlumat yayıb.

Məlumata  görə, amerikalılar və avropalılar bir neçə həftədir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatı zamanı necə reaksiya verməyini öyrənirlər. Qəzetin yazdığı kimi, Rusiyanı SWIFT sistemindən çıxarmaq danışıqlar aparan tərəflər üçün “çox incə məsələdir”. Bu addım qısa müddətdə maliyyə bazarlarında sabitliyi poza bilər və qısa müddətdə artıq, Qərbin hökmranlığı olmayacaq alternativ ödəniş infrastrukturunun inkişafına təkan verə bilər.

Almaniya Rusiyanın beynəlxalq banklararası SWIFT sistemindən ayrılmasının qlobal maliyyə bazarı üçün “atom bombası” olacağını bildirib. Almaniya Xristian Demokrat İttifaqının (CDU) gələcək sədri Fridrix Merz belə deyir.

O qeyd edib ki, bu, bütün iqtisadiyyatlar üçün, kütləvi iqtisadi tənəzzülə gətirib çıxaracaq. Sanksiya Rusiya ilə yanaşı, Almaniyaya da təsir edəcək və ona “əsas ixrac gücü kimi ciddi ziyan vuracaq”.

Siyasətçi hesab edir ki, Rusiya Federasiyasının SWIFT-dən ayrılması bu beynəlxalq ödəniş sisteminin sonunun başlanğıcı olacaq. Yalnız Avropa-Rusiyanı deyil, bütün dünya ticarətini ciddi nəticələr gözləyir.

Bu həftə bir qrup demokrat ABŞ Senatına Ukrayna ətrafında gərginliyin artacağı təqdirdə, Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsi təqdim edib. Bu, Rusiya prezidentinə, baş nazirinə, Xarici İşlər və Müdafiə Nazirliyinin rəhbərlərinə, RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə və hərbi rəhbərliyin digər nümayəndələrinə qarşı sanksiyaların tətbiqini, habelə SWIFT beynəlxalq banklararası sistemindən Rusiya banklarının bağlanmasını nəzərdə tutur. Məhdudlaşdırıcı tədbirlər Şimal axını 2-yə də təsir edə bilər.

Bundan əvvəl politoloq Qeorgi Bovt bu qanun layihəsinin qəbul olunma şansını 40% qiymətləndirdiyini bildirib. Qəbul olunarsa, Rusiya ABŞ-la diplomatik münasibətləri dərhal dayandıracaq.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »