Şimali Koreya təsdiqləyib: “Dəmir yolu əsaslı raket sınağı həyata keçirilib”

0

Şimali Koreya rəhbərliyi dünən 2 taktiki idarə olunan raket buraxdığını təsdiqləyərək, sınağın dəmir yolu əsaslı raket imkanlarını sınaqdan keçirmək üçün, təlimin bir hissəsi olduğunu bildirib.

Dünən 2022-ci ilin üçüncü raket sınağını həyata keçirərək, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olan Şimali Koreya rəhbərliyi iki taktiki idarə olunan raket atdığını təsdiqləyib.

İctimairey.az Koreyanın dövlət nəzarətində olan Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə bildirir ki, son sınaq ölkənin dəmir yolu əsaslı raket imkanlarını sınaqdan keçirmək üçün, təlimin bir hissəsi olub.

Hərbi rəsmilər və Müdafiə Elmləri Akademiyasının rəhbər heyəti tərəfindən şəxsən izlənildiyi bildirilən təlimə lider Kim Çen Inın nəzarət edib-etməməsi ilə bağlı heç bir məlumat paylaşılmayıb.

Bildirilib ki, dəmir yolu raket alayında, döyüşçülərin döyüşə hazırlığının monitorinqi və atəş gücünün artırılması məqsədi daşıyan təlim çərçivəsində, əvvəlcədən xəbərdarlıq edilmədən, müvafiq hərbi hissəyə atəş əmrləri verilib. Yapon dənizindəki hədəflərin uğurla vurulduğu bildirilib.

Xatırladaq ki, Pxenyan rəhbərliyi bu ayın əvvəlindən bəri 3 raket sınağı həyata keçirib və gələcək müdafiə texnologiyası kimi göstərilən hipersəs raketlərinin yanvarın 5-i və 11-də buraxıldığı açıqlanıb.

Yaponiya və Cənubi Koreyanın hərbi səlahiyyətliləri tərəfindən dünən verilən açıqlamalarda, Pxenyanın ballistik raket olduğu düşünülən yeni silah sınağı həyata keçirdiyi açıqlanıb.

Şimali Koreya ötən ilin 15 sentyabrında dəmir yolu əsaslı son raket sınağını həyata keçirib və məqsədi 800 kilometr uzaqlıqdakı hədəfləri vurmaq olan raketlərin qatarda quraşdırılmış rampa sistemindən atıldığı açıqlanıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »