Antalyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” komandası ilk yoxlama oyununu keçirib.
Oyun qolsuz bərabərliklə yekunlaşıb.
İctimairey.az xəbər verir ki, UEFA Konfrans Liqasındakı təmsilçimiz Rumıniyanın “Qaz Metan” klubu ilə qarşılaşıb.
Qeyd edək ki, “Qarabağ” yanvarın 21-də “Baçka Topola” (Serbiya), “Şlensk” (Polşa), ayın 25-də isə “Tatran” (Slovakiya) və “Visla” (Krakov, Polşa) ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi yanvarın 26-da Vətənə qayıdacaq.