“Ermənistan” bloku: Prezidentin xarici səfərlərinə xərclənən vəsaitlər ictimaiyyətdən gizlədilir

0

Ermənistan prezidenti Armen Sarkisyanın xarici səfərlərinə xərclənən pullar ictimaiyyətdən gizlədilir.

İctimairey.az xəbər verir ki, bu barədə Ermənistan müxalifət blokundan olan deputat Areqnaz Manukyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün o, Armen Sarkisyanın hansı ölkələrə səfər etdiyi, eləcə də orada hansı məsələləri müzakirə etdiyi barədə kifayət qədər təfərrüatlı şəkildə öz sorğusuna rəsmi cavab alıb.

“Ancaq diqqət: Prezident administrasiyası hər səfərə nə qədər pul xərcləndiyi barədə məlumat verməyib.

Budur, Konstitusiyanın bizə həvalə etdiyi prezident. Onun əsaslı şübhələrə əsaslanan ezamiyyətləri vergi ödəyiciləri üçün, kifayət qədər baha başa gəlir. Eyni zamanda, xarici ezamiyyətlərə xərclənən vəsaitin məbləği ictimaiyyətə təqdim olunmur”, – deyə müxalifətçi deputat gileylənib.

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »