Azərbaycanlıların Diqqətinə: Qanunsuz əmək miqrantları Rusiyadan çıxarılmağa başlayacaq
Yanvarın 1-dən qeyri-leqal əməkm iqrantları Rusiyadan çıxarılmağa başlayacaq
2022-ci il yanvarın 1-dən qeyri-leqal əmək miqrantları Rusiyadan çıxarılmağa başlayacaq, nəinki cərimələnəcək. Rusiya Federasiyasının Prezidenti tərəfindən tətbiq edilən müvafiq müvəqqəti tədbirlərin müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.
“2022-ci il yanvarın 1-dən qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə qarşı cərimələrə əlavə olaraq (beş min rubla qədər) Rusiyadan qovulma və ölkəyə qayıtmasına qadağa qoyulması ilə bağlı tədbirlər görülə bilər”, – deyə daha əvvəl məlumat verilib.
İctimairey.az Rusiya Daxili İşlər Nazirliyinin Mediasına istinadən xəbər verir..
Eyni zamanda, qanunu pozan işəgötürənlər hər bir qanunsuz əmək miqrantı üçün, 800 min rubla qədər cərimələnəcəklər. Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Rusiyada işləmək üçün, sənədləri olmayan əcnəbilərə əvvəlcədən daxili işlər orqanları ilə əlaqə saxlamağı tövsiyə edir.
Eyni zamanda, bir sıra dövlətlərin vətəndaşları üçün də istisnalar var idi: Azərbaycan, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna vətəndaşları sənədlərin təqdim edilmə müddəti və bəyan edilmiş giriş məqsədi ilə bağlı tələbləri nəzərə almadan patent almaq üçün müraciət edə bilərdilər. Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərin vətəndaşları isə, Rusiyaya səfərlərinin məqsədindən asılı olmayaraq əmək və ya mülki-hüquqi müqavilələr bağlaya bilərdilər.
Comments are closed.