Somalinin keçmiş baş nazirinin müavini Somalilandda həbs edilib.
Mohamed Omar Arte Kalib heç bir izahat verilmədən Hargeisa hava limanında həbs edilib.
Keçmiş baş nazirin müavini 2020-ci ilin oktyabrında Somalinin müstəqilliyinə qarşı çıxdığı üçün, Somaliland prezidenti Musa Bihi tərəfindən əfv edilib.
Daha sonra Hargeisada vəfat edən xəstə atasını ziyarət edə bilmək üçün, Somali parlamentinin üzvü vəzifəsindən istefa verib.
Prezident Bihi bu yaxınlarda bölgədəki insanların Somali hökumətinin siyasi fəaliyyətlərində iştirakını qadağan edən bir fərman verdi və buna cəsarət edənlərin əfv edilməyəcəyi ilə bağlı xəbərdarlıq etdi.