Ohanyan: Nə Türkiyədən, nə də Azərbaycandan qorxmaq lazım deyil

0

“Demarkasiyanı Qarabağla (qondarma qurum – red.) bir paketdə əlaqədirməsək, Qarabağı ciddi təhlükə gözləyir”, – deyə Ohanyan qeyd edib.

İctimairey.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Hayastan” fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

O, demarkasiya və delimitasiya mövzusuna toxunaraq bildirib ki, demarkasiya və delimitasiya ilə bağlı dinləmələr, bəyanat və növbədənkənar parlament iclası Ermənistan və Qarabağ ətrafında yaranmış vəziyyətdən irəli gəlir.

“Bu hakimiyyətin hərəkətləri heç vaxt sürpriz olmayıb. Anlaşılan idi ki, parlament iclasını boykot edə bilərlər”.

Ermənistanın sabiq müdafiə naziri vurğulayıb ki, Azərbaycan hakimiyyəti, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinə təzyiqlərini davam etdirir.

O bildirib ki, Türkiyə-Azərbaycan tandemi tərəfindən dəhliz ideyasının həyata keçirilməsinə imkan verilməməsi ilə bağlı kollektiv iradə var.

“Hayastan” bloku nə sülhə, nə demarkasiya və delimitasiya məsələlərinə, nə də qonşularla müvafiq münasibətlər formalaşdırmağa qarşı deyil”, – deyə Ohanyan bildirib.

Erməni deputat əlavə edib ki, nə Türkiyədən, nə də Azərbaycandan qorxmaq lazım deyil, amma risklər və təhlükələr var.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »