Azərbaycan məktəbləri uçurumun qırağındadır. Belə çirkin işlərin qarşısı alınmalıdır”

ETİBAR ƏLİYEV

0

Etibar Əliyev:
Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar.

Yaxud Bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər, Bakı şəhər Təhsil idarəsində insan resursları şöbəsinə müdir vəzifəsinə Fövqəladə hallar nazirliyi orqanınlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər.Mənə məlumat veriblər ki,Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib.Onda bu imtahan oyunları nədir?Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özü təyin elətdirib. Bakı şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir.Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsilə qeyri-ciddi və qeyri-peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »