Millət Vəkili Elnur Abdullayev: “Ulu öndərin görmək istədiyi Azərbaycanın vətəndaşlarıyıq

0

Azərbaycan ərazisinin sahəsi baxımından böyük olmasa da, beynəlxalq aləmdə əhəmiyyətli siyasi və iqtisadi layihələrin həm təşəbbüskarı, həm də həlledici bəndi kimi yüksək reputasiyaya malik dövlətdir. Bu status ölkəmizə iri və siyasi çəkili dövlətlərlə bərabər mühüm təşəbbüslərin həm müəllifi, həm də icraçısı olmağa imkan verir. Azərbaycan 30 il bundan öncə olduğu kimi tək neft ölkəsi deyil.

Neft bizim üçün dünyaya tanınmaq, iqtisadi gücümüzə yatırım etmək, əhalimizin sosial rifah halına dəstək vermək və təbii ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün vasitədir. Ölkəmiz enerji daşıyıcılarının ixracatçısı olmaqla yanaşı, son illərdə həm də qlobal təşəbbüslərin – qitələri birləşdirən, bir neçə istiqamətə uzanan yolların kilid nöqtələrindən biri rolunu oynayır.

Azərbaycan dünyanın iri güc mərkəzləri ilə daima təmasda olan müasir geosiyasi oyunçudur. Azərbaycanın xarici siyasəti onun yerləşdiyi regionun sərhədlərini çoxdan aşıb. Bakı dünyada siyasi və humanitar disskusiyaların mərkəzi imicini də qazanmağa müvəffəq olub. Ölkəmiz dünyanın BMT-dən sonra ən böyük beynəlxalq təsisatı – Qoşulmama Hərəkatına rəhbərlik edir. Özü də uğurla rəhbərlik edir. Azərbaycan 60 il əvvəl yaradılan bu təşkilata ən son qoşulan dövlətlərdən olsa da, onun liderlərindən birinə çevrilib.

Dövlət başçısı cənab İlham Əliyevin Qoşulmama Hərəkatı vasitəsilə etdiyi qlobal çağırışlar bu qurumun tarixinə düşüb. Məhz Azərbaycan Prezidentinin təklifi ilə təşkilatın parlamentlərini birləşdirəcək və koordinasiya edəcək yeni institutun yaradılması Azərbaycanın sahəcə böyük olmasa da, ərazisindən qat-qat miqyaslı proseslərdə sözünü deyən geosiyasi fiqur olduğunu göstərir.

Azərbaycan ciddi potensial və gücə malik hərbi-siyasi vahiddir. Azərbaycan hərbi güc olmaqla yanaşı, həm də regionda yeganə güclü hərbi sənaye kompleksi olan dövlətdir. Bu amil fikrimcə, cənab Prezident İlham Əliyevin illər öncə işğal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində atdığı ən mühüm amillərdən biridir. Biz Ermənistanı bir çox komponentlər üzrə darmadağın etmişik ki, bunlardan biri də öz silah-sürsat hazırlayan bazamızın olmasıdır.

Bu gün biz xalqımız tərəfindən dərin hörmətlə anılan, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanın inkişaf yolu konsepsiyasının banisi, Ümummilli liderimiz Heydər Əliyevin məhz belə görmək istədiyi Azərbaycanda yaşayırıq. Son 18 il ərzində Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən dərin və hərtərəfli islahatlar, əldə edilən uğurlu nəticələr Ulu öndərimizin vaxtilə görmək istədiyi və bunun üçün inşa etdiyi müstəqil Azərbaycanın reallıqlarıdır.

Bu, bizim tariximizdir və bu tarixlə hər bir azərbaycanlı fəxr edir. Geriyə, 30 il öncəyə nəzər yetirdikdə biz siyasi hakimiyyətsizlik, başıpozuq idarəçilik, iqtisadiyyatsızlıq, imkansızlıq və ümidsizlik görürük. Məhz belə bir çıxılmaz vəziyyətdə müdrik xalqımızın çağırışına səs verib yenidən dövlətin sükanı arxasına keçən Ulu öndərimizin titanik zəhməti hesabına bugünkü firavan və tərəqqidə olan Azərbaycanın xoşbəxt və qalib vətəndaşlarıyıq.

Ümummilli lider Heydər Əliyev Azərbaycanı məzh belə görmək istəyirdi: modern, yüksək intellektə malik gəncliyi, dinamik inkişaf edən iqtisadiyyatı, həmrəy cəmiyyəti, siyasi cəhətdən yetkin dövlət aparatı, əhalinin təhlükəsizliyini hər an təmin edə bilən ordusu və güc strukturları olan, üçrəngli müqəddəs bayrağımızın dalğalandığı Şuşalı dövlət kimi. Heydər Əliyev vaxtilə sadalanan bütün bugünkü nailiyyətlərimizin müəllifi cənab Prezident İlham Əliyev barədə deyirdi: “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!”

Ulu öndərimizi dərin hörmətlə və rəhmətlə anırıq!”

İctimairey.az

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »