Ərdoğan dünyanı İrana əfqan qaçqın axınının öhdəsindən gəlməyə kömək etməyə çağırıb

0

Dekabrın 10-da İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

İctimairey.az xəbər verir ki, bu barədə İran mediyası məlumat yayıb.

Rəcəb Tayyib Ərdoğan görüş zamanı nüvə sazişinin bərpası ilə bağlı danışıqlara münasibət bildirib:

“Ümid edirəm ki, nüvə sazişinin həyata keçirilməsi ilə bağlı Vyana danışıqları ədalətli şəkildə yekunlaşacaq”.

O, həmçinin beynəlxalq təşkilatları İrana əfqan qaçqın axınının öhdəsindən gəlməyə kömək etməyə çağırıb.
Mohammad Baqher Qalibaf, öz növbəsində, iki ölkə arasında əməkdaşlığa dair hərtərəfli sənədin tamamlanma mərhələsində olduğunu vurğulayıb. O qeyd edib ki, aparıcı dövlətlər başa düşməlidirlər ki, onlar öz iradələrini başqa ölkələrə sırımağa çalışmamalıdırlar. Qalibafın sözlərinə görə, aparıcı Qərb dövlətləri digər ölkələrin maraqlarına hörmət göstərsələr, Vyana danışıqlarında razılaşma əldə olunacaq.
İctimairey.az xatırladır ki, İstanbul İranın da iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT) 16-cı Konfransına ev sahibliyi edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »