Rusiyaya “badımcan” yükü aparırdı, Astara gömrüyündə ilişdi…

0

Tərəvəz yükü aparan nəqliyyat vasitəsində psixotrop maddə aşkar edildi

Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz olaraq keçirilmə cəhdinin qarşısını alıblar.

Belə ki, İran İslam Respublikasından ölkəmizdən tranzit keçməklə Rusiya Federasiyasına “Badımcan” yükü aparan “Volvo” markalı yük avtomobili Astara gömrük postunun idxal yoxlama xəttində saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasının arxa hissəsində yerləşən yataq yerinin üzərində, şəxsi əşyaların qoyulması üçün nəzərdə tutulan qara rəngli qovluqda gömrük nəzarətindən gizlədilən 1 ədəd xırda bükümdə, ümumi çəkisi 2 qram olan psixotrop maddə – metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »