İqtisadçı ekspert Natiq Cəfərli SOCAR-ı sərt tənqid edib.

0

O, sosial şəbəkə hesabında şirkətin ciddi ixtisarlar apardığını, yüzlərlə insanın işdən azad edildiyini yazıb.

Bunu etiraf edib tədbirlər görməkdənsə yeni termin icad edib – işçilər “sərbəstləşib”. SOCAR 1674 işçini qovub, işsiz qoyub, bunu belə normal etiraf edə bilmirlər”.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bu irada sosial şəbəkədə açıqlama verib.

SOCAR rəsmisi bildirib ki, kadr dəyişiklikləri ilə bağlı zaman-zaman istifadə olunan məfhumlardan biri də “sərbəstləşən” və ya “sərbəstləşdirilən işçilər” anlayışıdır:

“Verdiyimiz açıqlamalarda bu məfhumdan istifadə edəndə, bəziləri elə düşünür ki, bu sözün həmin kontekstdə işlənməsi SOCAR-ın və ya mənim icadımdır.

Əslində isə SOCAR-ın daxili məlumat mübadiləsində və ictimaiyyətə verilən açıqlamalarında bəzən istifadə olunan bu məfhum Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununda təsbit olunub:

“1.1.19. sərbəstləşdirilən işçilər – dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil olunması, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar əmək münasibətlərinə xitam verilmiş şəxslər”

Əlbəttə, insanların – zərurət ucbatından olsa belə – işsiz qalması sevindirici bir hal deyil. Məhz buna görə SOCAR öz sosial məsuliyyəti çərçivəsində (qanunvericilik bunu SOCAR-dan tələb etməsə də), sərbəstləşdirilən və ya işsiz qalan işçilərinə şirkət daxilində başqa iş yerləri təklif edir. Bu layihə çərçivəsində, sərbəstləşən işçilərə (işləməsələr belə) son aldıqları ortalama aylıq əmək haqqının 50%-nin hər ay ödənilməsi təklif olunur. Həmin müddətdə isə şirkət həmin sərbəstləşdirilmiş (və ya fəaliyyətsiz qalmış) işçilərinə daxili vakansiyalar təklif edir və onların mümkün qədər tez yenidən işə qəbul olunması üçün kənardan işə qəbulu məhdudlaşdırılır.

Mən aşırı pafosun tərəfdarı deyiləm, ancaq bu sadəcə bir həqiqətdir ki, bildiyim qədər, başqa şirkətlərin mütləq əksəriyyəti özlərinin ixtisara düşən işçiləri üçün belə bir şərait yaratmır”.

RED: Işçini səbəbsiz işdən qovmağı, ixtisar adlandırdılar indi də, sərbəstləşib sözün icad etdilər. Guya işçi özü sərbəst olmağa qərar verib.

İctimairey.az 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »