Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb, bıçaqlanan var

0

Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib

Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında qeydə alınıb.

Orada işləyən Cəmil Quliyev iş yoldaşı Ərhun Teymurlu ilə dava edən zaman onları aralamaq istəyən Asəf Fərzəliyevə bıçaqla zərbə vurub və hadisə yerindən yayınıb.

Faktla bağlı cinayət işi başlanılıb, C.Quliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »