Cənubi Koreyada “it ətinin qadağan edilməsi” ilə bağlı müzakirələr…

0

Cənubi Koreyada it əti təqdim edən restoranların sayı azalsa da, sorğular daha çox insanın it ətinin qanuni olaraq qadağan edilməsinə qarşı olduğunu göstərir.

Cənubi Koreya baş nazirİ Kim Boo-kyumun bu işə son qoymağı təklif etməsindən sonra, it ətinin istehlakını qeyri-qanuni etmək məqsədi ilə işçi qrupu yaradılıb.

Gənclər it ətini daha az iştahaaçan yemək variantı kimi gördükləri və ev heyvanlarının populyarlığı artdığı üçün, ölkədə it əti təqdim edən restoranların sayı azalıb. Amma, son sorğular göstərir ki, daha çox insan it ətini yeməsələr belə, it ətinin qadağan edilməsinin əleyhinədir.

Kənd Təsərrüfatı Nazirliyi də daxil olmaqla, yeddi dövlət idarəsi it ətinin istehlakını qadağan etmək üçün, rəsmi şəxslərdən və ekspertlərdən ibarət işçi qrupu yaratmaq qərarına gəldiklərini açıqlayıb.

Rəsmilər ictimai reaksiyaları hesablamaq məqsədi ilə it fermaları, restoranlar və digər obyektlər haqqında məlumat toplayacaqlarını açıqlayıblar. İt ətinə gəldikdə, “İnsan hüquqları və heyvan hüquqları ilə bağlı məlumatlılıq qarışıqdır” – deyə bildiriblər.

Rəy sorğuları göstərir ki, “Cənubi Koreyalılar həm it yemək, həm də onun qadağan edilməsinə mənfi yanaşırlar”.

Qeyd edək ki, Avstraliya, Avstriya, Almaniya, Pakistan, Filippin, Rusiya, Tayvan, Böyük Britaniya və ABŞ-da şəxsi və ya kommersiya məqsədləri üçün itlərin kəsilməsi, istehlakı və satışı qadağandır.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »