Ermənistanın KP MK katibi Dəmirçiyan: Heydər Əliyev türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlayır

0

Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir.

O zaman bu xətt çəkilən zaman Rusiya çox böyük təyziqlər elədi ki, kəmərə nəzarəti ələ keçirsin. Lakin mərhum Heydər Əliyev Avropaya inteqrasiya yolunu seçib bu xətt üzərində Rusiyanın nəzarətini neytrallaşdıra bildi. Bu günə qədər Rusiya Qafqazda ən böyük uduzduğu məsələ bu idi və buna görə də Ermənistana birbaşa dəstək verirdi. Buna görə də Qarabağ məsələsi çox uzun müddət həll edilmədi.

İndi dünyanın diqqəti geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi məsələsidir. Çoxları bilməsə də o Sovet dövründə Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan və Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu üçün işə başlamışdı. Lakin Ermənistanın KP MK katibi Dəmirçiyanın Moskvaya göndərdiyi etiraz məktubunda bu cümlələr layihənin dayandırdı ” Heydər Əliyev türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlayır” …..

Zəngəzur dəhlizi beynəlxalq quru yol olaraq Avropa və Asiyanı birləşdirən ucuz, sərfəli və qısa yol kimi bütün dövlətlərin diqqət mərkəzindədir. Bu dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Təbii ki, burada Çinin qazana biləcəyi daha çoxdur…

Hətta Yaponiyadan başlanan nəqliyyat xətti Zəngəzur dəhlizi vasitəsilə dünyanı birləşdirən ŞAH DAMARdır…

Buna görə də, Rusiya ciddi cəhdlə bu dəhliz üzərində nəzarəti itirmək istəmir. Buna görə də Ermənistanın 44 günlük müharibədən sonra imza atdığı sülh müqaviləsini pozmasına göz yumaraq istədiyinə nail olmaq istəyir
1) Sülməramlıların sayı çoxlasın və onlar dəhlizə nəzarət etsinlər

2) Dəhlizdən gələn gəlirdə öz faizini götürsün

Buna görə də, Soçidə hazırda gedən görüşdə Rusiya bu istəklərini irəli sürəcək, və cənab İlham Əliyevlə görüşəndə açıq dəhlizdə beynəlxalq nəqliyyat daşımalarında onların ciddi maraqları olduğunu dilə gətirdi……

Rusiya dəhliz üzərində qismən nəzarət razılığını əldə etsə ermənilər istənilən müqavliəyə qol çəkəcəklər

Dosent Zaur Əliyev

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »