Tanınmış uzman-həkim vəfat etdi (VİDEO/FOTO)

0
Azərbaycanda tanınmış həkim, uzman neyrocərrah Azər Əkbərov vəfat edib.
İctimairey.az xəbər verir ki, bu haqda azxeber.com-a həkimin yaxınları məlumat verib.
Məlumata görə, həkim onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, Azər Əkbərov Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O həmin akademiyanı birinciliklə bitirib.
O Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.
Həkim 44 günlük Vətən Müharibəsində də hərbi həkim kimi fəaliyyət göstərib.
Onun haqda hazırlanan reportajı təqdim edirik:

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »