Salyanda ölüm: Tanışını ürəyindən və başından bıçaqla vuraraq, həyatına son qoydu

0

Noyabrın 23-ü saat 21 radələrində Salyan rayon sakini 1992-cu il təvəllüdlü Səbuhi Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İctimairey.az-a Salyan rayon prokurorluğundan daxil olan məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1991-ci il təvəllüdlü Tural Nəzirovun Kür çayının Salyan şəhərindən keçən hissəsi üzərində yerləşən körpünün yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Səbuhi Qasımovun sol döş qəfəsi və baş nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Tural Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »