“Şou” yeri deyil bura: Ermənistan Rusiyanın 102-ci bazasına üz tutmalı idi – ekspert

0

Hərbi ekspert David Camalyan “Joqovurd” (“Xalq”) qəzetinə müsahibəsində Rusiyanın təkcə Dağlıq Qarabağda deyil, həm də Ermənistanda hərbi mövcudluğu Azərbaycanın təcavüzünün qarşısını aldığına əmin olduğunu bildirib.

İctimairey.az bu gün, noyabrın 24-də yerli KİV-də dərc olunan müsahibəsində erməni analitik Rusiya qoşunlarının tezliklə respublikanın sərhədyanı Sünik bölgəsində peyda ola biləcəyi ilə bağlı xəbərləri şərh edərkən xatırladıb ki, Rusiya hərbçiləri 16 noyabr – sərhəddə silahlı münaqişə hadisələrindən xeyli əvvəl Ermənistanın cənubunda olublar.

“Konkret hadisələrə gəlincə, əgər Ermənistan hakimiyyəti Rusiyaya (hərbi) kömək üçün müraciət etsəydi, şou göstərməsəydi və öz vətəndaşlarını aldatmasaydı, bilavasitə azərbaycanlıların hücumunun qarşısını alsınlar deyə, ehtiyac duyduqları dəstəyi almaq üçün, Rusiyanın 102-ci bazası (Gümrü) ilə əlaqə saxlasaydı, bəlkə də bu baş verməzdi – deyə Camalyan qeyd edib.

Onun sözlərinə görə, hətta son dərəcə zəifləmiş hərbi-siyasi vəziyyətdə olan Ermənistan Rusiyanın ardıcıl müttəfiqidir, çünki “birliyimizin əhəmiyyəti bizim üçün vacib olduğu qədər, Rusiya tərəfi üçün də vacibdir”.
Qeyd edək ki, müharibədən sonra, Rusiya sərhədçiləri Ermənistan-Azərbaycan sərhədinə əlavə qüvvələr yerləşdiriblər. Ermənistanın Gümrüdə yerləşdirilən 102-ci Rusiya hərbi bazasının Sünikdə iki möhkəm məntəqəsi yaradılıb.

 120 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »