Qəza zamanı ağır yaralanan polis əməkdaşının xəstəxanadan görüntüləri – VİDEO

0
Gəncə şəhərində qəza nəticəsində ağır yaralanan polis əməkdaşı Emin Əliyevin yeni görüntüləri yayılıb.
Həmin video BAKU.WS-in “qaynar xətt”inə göndərilib və orada ağır vəziyyətdə olan Emin Əliyevin xəstəxanadan görüntüləri öz əksini tapıb.
Qeyd edək ki, noyabrın 24-də saat 07:30 radələrində Gəncə şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirərək həmin küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »