Putindən Qərbə yeni mesaj: Rusiya bu dəfə hansı qonşu ölkəyə soxulacaq?

0
“ABŞ və Rusiya liderlərinin görüşündən əvvəl müəyyən mənada prosesə psixoloji hazırlıq olmalıdır. Bir-birinə qarşı münasibətlər hamar deyil. Eyni zamanda, dövlətlərarası münasibətlərdə mövcud olan problemlərə baxış aydınlaşmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun ABŞ və Rusiya prezidentləri Cozef Baydenlə Vladimir Putin arasında görüşün hərtərəfli hazırlıq tələb etdiyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:
“Bu, çox qapalı diplomatik mesajdır. Burada hər şey ola bilər. ABŞ-la Rusiya arasında çoxsaylı problemlər mövcuddur. Ryabkovun sözügedən açıqlamasını da həmin problemlər kontekstində qiymətləndirmək olar. Vaşinqtonla Moskva arasında Suriya, Avropanın şərqi, Ukrayna, Gürcüstan və Rusiyanın yenidən Cənubi Qafqaza sülhməramlı çətiri altında işğalçı kimi daxil olması, insan hüquqları kimi məsələlərdə ciddi fikir ayrılıqları var.
Putin bildirir ki, NATO onun elan etdiyi “qırmızı xətti” artıq keçir. 2007-ci ilin Münhen konfransında da Putin buna bənzər çıxış edib. Amma üstündən az müddət keçəndən sonra Gürcüstana hərbi müdaxilə edir. İndiki halda da Putin sərt bəyanatlar fonunda güman ki, hansısa hərbi əməliyyatlar ərəfəsində olduğunun siqnalını verir. Vaşinqtonla Moskva arasında ciddi problemlər var və onun həlli müəyyən zaman tələb edir. Çünki hər iki tərəf özünü haqlı hesab edir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »