“Hücum tam iflasa uğrayıb”

0

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov brifinq keçirib.

O, Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində Azərbaycana qarşı törədilən genişmiqyaslı təxribatlarla bağlı son vəziyyəti açıqlayıb.

O bildirib ki, son dövrlərlə müqayisədə erməni təxribatları bu gün daha da intensivləşib.

Nazirlik rəsmisi bildirib ki, Ermənistan tərəfi qəfil hərbi əməliyyatlara başlayıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.

Müdafiə Nazirliyinin sözçüsü qeyd edib ki, xeyli sayda silah-sursat hərbi qənimət kimi ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »