N. Mikaelyan: Ermənistan müxalifətinin real gündəmi və xalq dəstəyi yoxdur

0

Erməni politoloq Hrant Mikaelyan bazar ertəsi, noyabrın 9-da VERELQ informasiya-analitik portalına müsahibəsində müxalifətin “Ermənistan” blokunun ötən bazar ertəsi keçirdiyi mitinqini və hakimiyyətin rəqiblərinin Nikol Paşinyan hakimiyyətinə qarşı mübarizə perspektivlərini şərh edib.

İrəvanın mərkəzində müxalifətin mitinqində iştirak edənlərin sayını dəqiq təxmin etmək çətindir, çox güman ki, mitinqdə 5-6 mindən çox insan iştirak etməyib. Ekspert qeyd edib ki, 8 aylıq fasilədən sonra, etirazların bərpa olunduğunu nəzərə alsaq, bu, artıq o qədər də az deyil.

“Siyasi texnoloji nöqteyi-nəzərdən müxalifətin mitinqi həmişə olduğu kimi, Paşinyanın mitinqlərindən xeyli geri qalıb. Çoxları uzunmüddətli mübarizəyə iddialı olan Köçəryanın çıxışını gözləyirdi. Lakin müxalifətin müsbət gündəmi yoxdur. Nə istəmədiyindən, qarşısını almağı planlaşdırmaadığından danışır. Amma o, nəyə nail olmaq istədiyini, planlarının nə olduğunu isə, danışmır. Əvvəllər problem müxalifətin parçalanması idi, amma indi meydanda etiraz edən bir siyasi subyekt var və o, hər hansı geniş dəstək qruplarını cəlb etmək barədə ciddi danışmaq üçün strateji məqsədləri və prioritetləri formalaşdırmağa borcludur “- Mikaelyan deyir.

Mənbə bildirib ki, aksiya zamanı onun təşkilatçıları “Paşinyan rejimi”nə qarşı uzunmüddətli siyasi mübarizəni qeyd ediblər, lakin bu mübarizə artıq çox uzun müddətdir davam edir.

“Əslində müxalifət bir ildir ki, Paşinyanla mübarizə aparır, onu bir il əvvəl Qarabağ məğlubiyyətində ittiham edir. Bu mübarizənin müddəti onun hələ də uğur qazanmadığını göstərir. Əsas amillərdən biri də kənar dəstəyin olmamasıdır. Ancaq əhalinin yerli dəstəyi də açıq şəkildə qeyri-kafi səviyyədədir “- deyə Mikaelyan bildirib.

Mənbə xəbər verir ki, respublikanın aparıcı müxalifət qüvvəsi, eks-prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” bloku (bu siyasi birlik ölkə parlamentində ikinci ən böyük fraksiyaya malikdir) noyabrın 8-də keçirilən mitinqdə çıxış edib və İrəvanda ümummilli müqavimət hərəkatının başladığını açıqlayıb.
Parlamentin vitse-spikeri, “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksütyun” Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan mitinqdə bildirib ki, mübarizə uzun sürəcək, “Ermənistan” blokunun qərargahları bütün regionlarda açılacaq. hər kəs qeydiyyatdan keçib milli hərəkatın üzvü ola bilər. O, qərargahın ünvanlarını tezliklə verəcəyinə söz verib.

Hərəkət həm daxili, həm də xarici cəbhədə işləyəcək. Daxili cəbhədə isə, hərəkat “bütün sahələrdə – məhkəmədən tutmuş iqtisadiyata qədər müqavimət” təşkil etmək niyyətindədir.

“Xarici cəbhədə biz bütün dünyaya və düşmənə nümayiş etdirəcəyik ki, Nikolun (Paşinyan) bütün erməni xalqını təmsil etmək mandatı yoxdur və indiki hakimiyyət tərəfindən imzalanmış istənilən anti-erməni sənədi bizim üçün qəbuledilməzdir”. Saqatelyan bildirib.

İctimairey.az

 28 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »